React.js nədir?

Hazırsan?

React.js nədir?

React.js veb proqramlaşdırmada ən populyar JavaScript kitabxanasıdır. Hal hazırda böyük şirkətlərdə React.js dən (Netflix, Instagram) istifadə olunur.


Niyə React?

Dinamik tətbiqetmə yaradılması: React dinamik veb tətbiqetmə yaratmağı asanlaşdırır, çünki daha az kodlaşdırma tələb edir və JavaScript-dən fərqli olaraq daha çox funksionallıq təklif edir.
Performans: React Virtual DOM istifadə edir və bununla da daha sürətli veb tətbiqlər yaratmaq olur. Virtual DOM, komponentlərin əvvəlki vəziyyətlərini müqayisə edir və ənənəvi veb tətbiqetmələr kimi yenidən komponentlərin hamısını yeniləmək əvəzinə dəyişdirilmiş Real DOM-dakı elementləri yeniləyir.

Yenidən istifadə edilə bilən komponentlər: Komponentlər hər hansı bir react tətbiqinin bünövrəsidir və bir tətbiq ümumiyyətlə bir çox komponentdən ibarətdir. Bu komponentlər məntiq və idarəetmə xüsusiyyətlərinə malikdir.
Yuxarıda göstərilən səbəblər React kitabxanasının populyarlığını təsdiqləyir.

Butun rəylər

Rəy Yaz

AZ Azərbaycan Dili
RU Pусский язык
EN English