
JavaScript nədir? Nə üçün JavaScript?
JavaScript nədir?
JavaScript nədir sualının cavabına belə başlaya bilərik ki, JavaScript ilk dəfə 1995-ci ildə yaradılmışdır. O, ECMAScript spesifikasiyaları ilə standartlaşdırılmışdır.
JavaScript veb-saytları interaktivləşdirən cross-platform, obyekt-yönümlü proqramlaşdırma dilidir. JavaScriptin frameworkləri ilə saytın front-end hissəsində istədiyimiz kimi dizayn yaratmanı asanlaşdırır. Eyni zamanda JavaScripti Node.js ilə back-end (server) tərəfində də istifadə edə bilərik.
Client side- brauzerdə obyektləri və DOM-u (Document Object Model) idarə etməyə imkan verir. Belə ki, onunla HTML form doldurularkən uyğunsuzluqlarda xəta mesajları, mausun kliklənməsi və ya klaviaturadan hər hansı klavişin basılmasına görə geri cavab qaytarmasına icazə verir.
Server side- server tərəfində JavaScriptin işlədilməsidir və bununla istifadəçiyə məlumat bazası ilə əlaqə yaratmasına, fayllar üzərində əməliyyatların yerinə yetirilməsinə və məlumat axınının davamlılığını təmin edir.
Nə üçün JavaScript?
JavaScript rəqibləri ilə müqayisədə bir çox üstün cəhəti var və əsas üstünlüklərini aşağıda görə bilərsiniz:
1. Compiler istifadə etməyə ehtiyac yoxdur, kodları brauzerlər HTML kimi oxuyur.
2. Digər proqramlaşdırma dillərinə nəzərən öyrənilməsi asandır.
3. Xətaları tapmaq və həll etmək asandır.
4. Birdən çox brauzerdə işləyə bilir.
5. Veb saytları daha interaktiv edir və müştərilərin diqqətini çəkərək saytda daha çox vaxt keçirmələrinə səbəb olur.
6. Digər proqramlaşdırma dillərinə görə daha sürətlidir, saytları daha tez yükləməyə kömək göstərir.
Rəy Yaz