LinkedIn-də ən yaxşı səhifəni necə hazırlamalı?

Hazırsan?

LinkedIn-də ən yaxşı səhifəni necə hazırlamalı?

Son dövrlərdə sosial şəbəkələrin  həyatımızda rolu böyükdür və qeyd edə bilərəm ki, həyatımıza artıq təsir edən faktorlardandır. Bu sosial şəbəkələr arasında məqsədinə görə digərlərindən fərqlənən bir  şəbəkə də vardır ki, o LinkedIn-dir.  

 Bəs LinkedIn-i digər sosial şəbəkələrdən fərqləndirən cəhət nədir ? 

Linkedin iş axtaranların, şirkətlərin, müxtəlif kompaniyaların görüşdüyü ortaq məkandır ki, mən bu gün bunlar haqqında deyil də  LinkedIn-in daha fərqli tərəflərindən danışacağam.  LinkedIn-də şirkətlərin səhifələrinin doğru şəkildə necə idarə edilməli olduğundan bəhs edəcəyəm. 

1-ci faktor odur ki, səhifənin “url” adresinin doğru seçilməsidir. Yəni seçdiyimiz  “url” şirkətin adı ilə bir başa bağlı olmalıdır. Bir nüansı da qeyd etməliyəm ki, bu “url” sonradan dəyişdirilə bilmir. 

2. Profil şəkilinin və Cover şəklinin doğru seçilməsi də önəmlidir. Adətən profil şəkilləri 300x300 piksel  keyfiyyətində  olur.  

3. “Description”, bu bizim səhifəmizin ən əsas amillərindən biridir. Description üçün 2000 simvol yer ayrılır. Description üçün ayrılmış  sahədə yazılmış mətn xüsusi önəm daşıyır. Belə ki,  həmin sahədə yazılmış mətnin ilk 156 simvolu “Google”  axtarışlarında görünür. Bu da o deməkdir ki, həmin mətndə istifadə olunan sözlər SEO üçün əhəmiyyət kəsb edən Keyword-lərdən ibarət olmalıdır. Sizin təqdim etdiyiniz  məhsulunuzla (və ya xidmətinizlə) bağlı bir axtarış  edildikdə sizin LinkedIn səhifəniz də axtarışlar içərisində üst sıralarda görünə bilər, əlbəttə doğru kəlimə seçimlərindən istifadə etmisinizsə bu baş verəcək. 

4. Location və Specialties.   

Location əlavə olunması da sizin şirkət səhifənizin əsas amillərindən biridir. Belə ki, şirkətinizin harda yerləşdiyini rahatlıqla tapmaq müştərilərinizin sizinlə əlaqə saxlamasını asanlaşdıracaq.  

Specialties. Sadə dillə desək nə işlə məşğul olduğunuzu göstərən bir bölmədir. Bu bölmə üçün limit 20-dir. Məsələn Rəqəmsal Marketinqlə məşğul olan bir şirkət üçün  bura   “ Social Media Marketing, SEO,SEM, Branding” və s. yazıla bilər. 

5.Necə Postlar diqqəti  daha çox cəlb edir? 

business.linkedin.com-a istinadən deyə bilərəm ki, video və şəkillərlə birgə paylaşılan postlar daha çox diqqəti cəlb edir və digərlərinə nisbətən 60% daha çox insan tərəfindən   bəyənilir. LinkedIn həm də Power Point, PDF fayllarının paylaşılması üçün də şərait yaradır. Postların paylaşılma aralığına gəldikdə rəsmi LinkedIn  bu aralığın minumum həftədə bir dəfə olnmasını bildirsə də, bu o qədər də effektiv nəticə verməyəcək. Biz minumum deyil maksimum nəticə üçün çalışmalıyıq. Buna görə də postların paylaşılması üçün ən yaxşı aralıq aylıq 20 post və ya həftəlik 3-4 post nəzərdə tutun. Qısa bir araşırmadan sonra özünüz də bunun şahidi olacaqsınız.  

 Bəs postların hansı gün paylaşılmasının təsiri varmı ?  

Əlbbəttə ki, var. Hər sosial şəbəkədə olduğu kimi LinkedIn-də də  bəzi günlər daha çox bəyənmə gəldiyi halda bəzi günlər bəyənmə sayı çox aşağı olur. LinkedIn iş adamlarının və şirkətlərin toplaşdığı bir sahə olduğuna görə bazar ertəsi və cümə günləri bu göstərici çox aşağı olur.Bunu insanların həftənin sonuncu iş günündə və ilk iş günündə bu sosial şəbəkəyə daha az diqqət etməsi ilə əlaqələndirə bilərik. Həftənin 2, 3 və 4-cü günləri isə bu göstəricilər xeyli dərəcədə artır. Postların paylaşılma saatına gəldikdə isə səhər iş yeni başlayan saatlarda, fasilə vaxtlarında və axşam iş vaxtının bitməsinə az qaldığı zamanlarda paylaşılması daha məqsədəuyğundur.

Butun rəylər

Rəy Yaz

AZ Azərbaycan Dili
RU Pусский язык
EN English